17:04 19 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
HADİSƏ
Qısa URL
4910

Saxlanılarkən ondan istifadəyə yararsız 2 ədəd əl qumbarası da götürülüb. Aşkar edilən şəxsin müalicəsinin davam etdirilməsi üçün ruhi-əsəb əxstəlikləri dispanserinə yerləşdirilib

BAKI, 24 dekabr - Sputnik. Bu gün bəzi sosial şəbəkələrdə Yevlax rayonunun Kövər kəndi ərazisində erməni milliyətinə məxsus silahlı şəxsin aşkar edilməsi barədə yayılmış videogörüntülər həqiqəti əks etdirmir.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Məlumata görə, kənd sakinləri tərəfindən aşkar edilən şəxsin kimliyinin müəyyən edilməsi üçün Yevlax Rayon Polis Şöbəsində araşdırma aparılıb. Araşdırma zamanı həmin şəxsin ruhi-əsəb xəstəliyi olan, Yevlax şəhər sakini R.Ə. olduğu müəyyən edilib. Saxlanılarkən ondan istifadəyə yararsız 2 ədəd əl qumbarası da götürülüb. Aşkar edilən şəxsin müalicəsinin davam etdirilməsi üçün ruhi-əsəb əxstəlikləri dispanserinə yerləşdirilib.

Teqlər:
ruhi xəstə, açıqlama, polis, silahlı, erməni, Yevlax

Əsas mövzular