Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda yaşayış binasında yanğın başlayıb

© AP Photo / Marco UgarteПожарный, фото из архива
Пожарный, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Dərhal hadisə yerinə FHN-in Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub. Hazırda yanğın söndürülür.

BAKI, 21 dekabr — Sputnik. Bakıda yaşayış binasında yanğın baş verib.

Bu barədə Sputnik Azərbaycan-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Səbail rayonunun Neftçilər prospektində yerləşən dördmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yanğın qeydə alınıb.

Qeyd edilib ki, dərhal hadisə yerinə FHN-in Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.

Hazırda yanğın söndürülür.

Əlavə məlumat veriləcək.

Xəbər lenti
0