Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda bir istiqamətdə iki qəza baş verdi - Yolda sıxlıq var

© AFP 2023 / JOEL SAGETАвтомобильная авария, фото из архива
Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Hava limanı şossesində, Buta Palace və Baku Expo mərkəzi yaxınlığında iki qəza olub. Yolda sıxlıq yaranıb

BAKI, 23 noyabr — Sputnik. Bu gün səhər saatlarında hava limanı şossesində bir-birinin ardınca iki yol nəqliyyat hadisəsi qeydə alınıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev məlumat yayıb. O qeyd edib ki, qəzalardan biri Buta Palace yaxınlığında baş verib.

Zəncirvari qəza yolda sıxlığa səbəb olub. Digər bir qəza da hava limanı istiqamətində olub. Baku Expo mərkəzi yaxınlığında Ford markalı yük avtomobili aşıb. Bu qəza səbəbindən də sıxlıq müşahidə olunur.

Xəbər lenti
0