16:29 28 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
2301

R.Ramazanovdan lüləsi və qundağı kəsilmiş "İJ-58" markalı ov tüfəngi, 5 ədəd patron, 2 ədəd nunçaqa, 1 ədəd xəncər və 2 ədəd bıçaq götürülüb

BAKI, 22 sentyabr — Sputnik. Yevlax şəhərində yaşayan C.Xəlilovu döyərək zorla saxlamaqda, həyat yoldaşından 1000 manat aldıqdan sonra buraxmaqda şübhəli bilinən X.Balayev və R.Ramazanov saxlanılıblar, daha bir nəfərin şəxsiyyəti müəyyən edilib.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, sentyabrın 11-də Yevlax şəhərində yaşayan, əvvəllər məhkum olunmuş Ceyhun Xəlilovun daxili qanaxma ilə Yevlax şəhər mərkəzi xəstəxanasına yerləşdirilməsi və sentyabrın 14-də orada ölməsi faktı ilə bağlı rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

C.Xəlilovun həyat yoldaşı izahatında ərinin avqustun 23-də Abşeron rayonu ərazisində naməlum şəxslər tərəfindən döyülməsini bildirib.

Təxirəsalınmaz istintaq və əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Xırdalan şəhər sakinləri X.Balayev və əvvəllər məhkum olunan R.Ramazanov saxlanılıblar, daha bir nəfərin şəxsiyyəti müəyyən edilib.

R.Ramazanovdan lüləsi və qundağı kəsilmiş "İJ-58" markalı ov tüfəngi, 5 ədəd patron, 2 ədəd nunçaqa, 1 ədəd xəncər və 2 ədəd bıçaq götürülüb.

Araşdırmalarla onların cari il avqust ayının 23-də C.Xəlilovu R.Ramazanovun yaşadığı evə aparıb döyərək orada zorla saxlamaları, həyat yoldaşından 1000 manat aldıqdan sonra buraxmaları müəyyən edilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 127, 182 və 228-ci maddələri ilə cinayət işi başlanıb.

Əlaqədar

Qubada ot tayalarını yandıraraq kəndlilərə ziyan vuran şəxslər müəyyən edilib
Silahlı şəxslərə qarşı əməliyyat keçirildi
Neftçalada qızın qeyri-etik şəkillərini yayan şəxs həbs edilib
Azərbaycanlı müğənni Vilayət Eyvazova müraciət etdi: Məni döyüblər
Doqquz il əvvəl törədilmiş cinayətin üstü açıldı - Zaqatalada
Teqlər:
ov tüfəngi, döyülmə, insan oğurluğu, Yevlax

Əsas mövzular