16:25 19 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
10401

"Anası məktəbimizdə xadimə işləyir və anasının yanına gəlib, naməlum səbəbdən təhsil müəssisəsinin üçüncü mərtəbəsinə qalxıb, pəncərəni açaraq özünü atıb"

BAKI, 7 sentyabr — Sputnik. Bakıda şagird məktəbdə yıxılmayıb, o, özünü məktəbin üçüncü mərtəbəsindən yerə atıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə "Report"a hadisənin baş verdiyi 313 saylı məktəbin direktor müavini Nəcəf Bayramov deyib.

O bildirib ki, sosial şəbəkələrdə yazıldığı kimi qız 10-cu sinifdə deyil, hələ yeni tədris ilində 9-cu sinfə təhsilini davam etdirəcək: “Onun sinifdən-sinfə keçməsi ilə bağlı problemi olmayıb. Anası məktəbimizdə xadimə işləyir və anasının yanına gəlib, naməlum səbəbdən təhsil müəssisəsinin üçüncü mərtəbəsinə qalxıb, pəncərəni açaraq özünü atıb”.

Xatırladaq ki, 313 saylı məktəb açıqlama yayaraq şagirdin özünü atmadığını, yıxıldığını bəyan etmişdi.

Əlaqədar

Bakı məktəbində qorxunc olay: şagird üçüncü mərtəbədən yıxıldı

Əsas mövzular