01:01 31 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
38 0 0

Yol qəzası zamanı 27 yaşlı Samir Xanlarov hadisə yerində dünyasını dəyişib. Maşında olan digər şəxs, 20 yaşlı Əli Məmmədov xəstəxanaya çatdırılsa da həyatını qurtarmaq mümkün olmayıb

Rahim Məmmədov, Sputnik Azərbaycan

BAKI, 1 sentyabr — Sputnik. Goranboyda ağaca çırpılan avtomobil hissələrə ayrılıb. Sputnik Azərbaycan xəbər verir ki, minik maşını söyüd ağacına çırpıldıqdan sonra zərbənin gücündən mühərriki, şinləri avtomobildən ayrılaraq kənara düşüb. Ağır qəza zamanı 27 yaşlı Samir Xanlarov həyatını itirib.

Hadisə Goranboy-Ağcakənd yolunun Səfikürd kəndindən keçən hissəsində baş verib. Ətrafdakılar avtomobilin qəfildən yoldan çıxaraq əvvəlcə su borusuna çırpıldığını, ardından yol kənarındakı söyüd ağacına dəyərək düşdüyünü bildiriblər. Qəza zamanı avtomobildə olan digər şəxs, 2000-ci il təvəllüdlü Əli Məmmədov ağır bədən xəsarətləri ilə Goranboy rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti ağırlaşan Ə.Məmmədov Gəncədə yerləşən tibb müəsissələrindın birinə göndərilib. Ancaq onun həyatını qurtarmaq mümkün olmayıb.

Qeyd edək ki, qəza zamanı dünyasını dəyişən Samir Xanlarov 2-ci qrup müharibə əlilidir. Faktla bağlı araşdırma aparılır.

  • Goranboyda hadisə yerində
    © Sputnik / Rahim Mammadov
  • Goranboyda hadisə yerində
    © Sputnik / Rahim Mammadov
  • Goranboyda hadisə yerində
    © Sputnik / Rahim Mammadov
1 / 3
© Sputnik / Rahim Mammadov
Goranboyda hadisə yerində

Əsas mövzular