16:22 01 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
16 0 0

Yanğın zamanı zavodun 7 nəfər əməkdaşı müxtəlif xəsarətlərlə xəstəxanaya aparılıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

BAKI, 7 avqust — Sputnik. Fövqəladə Hallar Nazirliyi Sumqayıt şəhərində SOCAR-ın "Azərkimya" İstehsalat Birliyinin Etilen-Polietilen zavodunda baş verən yanğının söndürülməsi ilə bağlı məlumat yayıb.

Sputnik Azərbaycan-ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, zavodun ümumi sahəsi 1200 m2 olan qazayırma sahəsində qaztəmizləmə kolonunun içərisində yanacaq qalıqları yanıb. Digər avadanlıqlar, kommunikasiya xətləri və yaxınlıqdakı istehsalat sahələri yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Yanğın zamanı zavodun 7 nəfər əməkdaşı müxtəlif xəsarətlərlə xəstəxanaya aparılıb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Əsas mövzular