BAKI, 3 avqust — Sputnik. Bir neçə il bundan əvvəl Böyük Britaniyanın Satton Kolfild şəhərinin sakini 56 yaşlı Kerol Pleyerin gözünə təsadüfən ətir tökülür və bu onun ömrünü uzadır.
Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, gözünə ətir töküldükdən sonra qadın pis görməyə başlayır və o, buna görə həkimə gedir. Həkimlər müayinə zamanı qadının gözündə şişin (melanoma) olduğunu müəyyən edir. Ertəsi gün isə həkimlər qadının gözünü əməliyyatla götürməli olurlar. Həkimlər qadını əmin ediblər ki, onun uzun müddətli müalicəyə ehtiyacı yoxdur.
Ancaq 2019-cu ilin payızında Kerolun yenidən sağlamlığı ilə bağlı problemləri üzə çıxıb. Qadında yenidən onkoloji xəstəlik aşkar edilib. Onun qaraciyərinin bir hissəsini çıxarsalar da, xəstəlik aqressivləşməyə başlayıb. Hazırda onun yaxınları müalicə üçün pul yığır.