04:49 05 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
38 0 0

İş üzrə məhkəmə-tibb, məhkəmə-yanğın ekspertizaları təyin olunmuş, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. 

BAKI, 1 avqust – Sputnik. İyulun 31-də saat 12 radələrində Siyəzən rayonunun Sədan kəndi yaxınlığında baş vermiş yanğın nəticəsində 1959-cu il təvəllüdlü Nizami Qanbayev və 1970-ci il təvəllüdlü Cahangir Zeynalovun ölmələri barədə məlumat daxil olub. 

Siyəzən rayon Prokurorluğundan Sputnik Azərbaycan-a verilən məlumata görə, hadisə yerinə prokurorluq, polis, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti və hal şahidlərinin iştirakları ilə baxış keçirilib. 

Faktla bağlı Siyəzən rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə məhkəmə-tibb, məhkəmə-yanğın ekspertizaları təyin olunmuş, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. 

Hazırda cinayət işi üzrə tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla təqsirli şəxslərin dairəsinin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xatırladaq ki, yanğın hadisəsi Siyəzən rayonu Sədan kəndində baş verib. Kənd bələdiyyəsinə məxsus dağlıq ərazidə 170 ha quru ot, kol-kos, vətəndaşa məxsus ümumi sahəsi 25 kv/m olan talvarın altına yığılmış ot bağlaması, ümumi sahəsi 28 kv/m olan anbarın içərisinə yığılmış buğda yanıb. Yaxınlıqdakı yaşayış evləri, köməkçi tikililər, neft buruqları və meşə zolağı yanğından mühafizə olunub.

Yanğın ərazisinin kəşfiyyatı zamanı kənd sakini, 1955-ci il təvəllüdlü Qambayev Nizami Əli oğlunun yanmış meyiti aşkar olunub. Yanğın zamanı yanıq xəsarətləri almış, 1970-ci il təvəllüdlü Zeynalov Cahangir Əhmədşah oğlu Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadasına təhvil verilib. C.Zeynalov yerləşdirildiyi xəstəxanada vəfat edib. 

Qeyd edək ki, yanğınla mübarizəyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin canlı qüvvəsi və texnikası, Aviasiya dəstəsinin 2 ədəd helikopteri, Şimal Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri, həmçinin Siyəzən Rayon İcra Hakimiyyətinin müvafiq qüvvələri cəlb olunmuşdu.

Əlaqədar

Siyəzəndə dağlıq ərazidə yanğın başlayıb, FHN-in 2 helikopteri hadisə yerinə cəlb olunub
ETSN Siyəzəndəki dağlıq ərazidə baş verən yanğınla bağlı məlumat yayıb
Siyəzəndəki yanğın iki ömrü bitirdi

Əsas mövzular