06:40 23 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
11 0 0

Fakt üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi başlanılıb, İİR vətəndaşı Sədri Kazım Həmid barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib

BAKI, 29 iyun — Sputnik. Son günlər ərzində 3 halda 21,7 kq narkotik vasitəyə, psixotrop və güclü təsiredici maddəyə oxşar vasitə, preparat və həbin İran İslan Respublikasından Azərbaycan Respublikası ərazisinə gətirilməsinin qarşısı alınıb.

Bu barədə Sputnik Azərbaycan-a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.

DSX-nin Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin İmişli rayonu Aranlı kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində 1988-ci il təvəllüdlü, İran İslam Respublikası vətəndaşı Sədri Kazım Həmid Azərbaycanın dövlət sərhədini İran İslam Respublikasından qanunsuz olaraq Azərbaycan istiqamətində keçərkən sərhəd pozucusu qismində saxlanılıb. Onun saxlanıldığı yerə baxış keçirilərkən qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirdiyi bağlamada külli miqdarda narkotik vasitə - 4 kq 52 qram heroin, 1 kq 815 qram qurudulmuş marixuana, 505 qram tiryək, psixotrop maddə - 4,9 qram mеtadon, 1103 qram metamfеtamin, güclü təsir edən maddə - 8,9 qram "Tramadol", 37,4 qram "Preqabalin", 0,4 qram "Klobazam" aşkar olunaraq götürülüb.

© State Border Service of Azerbaijan Republic
Saxlanılan şəxs Sədri Kazım Həmid

Qeyd olunan fakt üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi başlanılıb, İİR vətəndaşı Sədri Kazım Həmid barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib, cinayətkar qrupun digər iştirakçılarının müəyyən edilməsi üçün əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bir neçə gündən sonra həmin sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan istiqamətində 2 nəfər şəxs tərəfindən dövlət sərhədinin pozulmasının qarşısı alınıb, sərhəd naryadının sayıqlığı nəticəsində qaçaqmalçılar qaçaqmal predmetini hadisə yerində ataraq İran İslam Respublikası istiqamətində geri qaçıblar. Hadisə yerinə baxış keçirilərkən ərazidə 4 kq 520 qram heroinə, 495 qram qurudulmuş marixuanaya və 2 kq 60 qram metamfetaminə oxşar maddələr aşkar edilərək götürülüb.

© State Border Service of Azerbaijan Republic
İran-Azərbaycan sərhədində götürülən narkotik maddələr

Növbəti dəfə eyni sərhəd zastavasının xidməti sahəsində 6 kq 320 qram heroinə, 540 qram qurudulmuş marixuanaya, 210 qram həşişə oxşar maddələr və 51 flakonda güclü təsir edən vasitə "Mydrax-Tropikamide"-yə oxşar maddə aşkar olunaraq götürülüb.

Qeyd olunan son iki fakt üzrə əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Əsas mövzular