CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Balıq gölünün yaxınlığında müəmmalı qətl

© AP Photo / Dieu Nalio CheryMeyit, arxiv şəkli
Meyit, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Meyitin yaxınlığından 2 ədəd giliz, içərisində 1 ədəd patron olan tüfəng, qanabənzər maddələr və balıq tutmaq üçün nəzərdə tutulmuş tor aşkar edilib

BAKI, 16 iyun — Sputnik. İyunun 16-da saat 04 radələrində 1996-cı il təvəllüdlü Asif Qarayevin odlu silahla qətlə yetirilmiş meyitinin rayonun Qaraçala ərazisində yerləşən süni balıq gölünün kənarında aşkar edilməsi barədə məlumat daxil olub.

Sputnik Azərbaycan Salyan Rayon Prokurorluğunun məlumatına istinadla xəbər verir ki, prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilən zaman meyitin yaxınlığından 2 ədəd giliz, içərisində 1 ədəd patron olan tüfəng, qanabənzər maddələr və balıq tutmaq üçün nəzərdə tutulmuş tor aşkar edilib, müvafiq qaydada qablaşdırılaraq götürülüb.

Faktla bağlı Salyan rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq-əməliyyat tədbirləri aparılıb.

Hazırda cinayəti törətmiş şəxs və ya şəxslərin dairəsinin müəyyən edilərək istintaqa cəlb olunması istiqamətində təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xəbər lenti
0