Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Güclü külək Bərdəni silkələdi

© Sputnik / Musa MuradliBərdədə aşmış ağac
Bərdədə aşmış ağac - Sputnik Azərbaycan
Abunə olmaq
İri gövdəli çinar ağacının aşması nəticəsində “Nissan” markalı minik avtomobilinə yüngül ziyan dəyib.

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 16 iyun – Sputnik. İyunun 15-i günün ikinci yarısında Bərdə rayonunda müşahidə olunan qısa müddətli güclü külək irigövdəli çinar ağacını aşırıb. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Bərdə şəhərinin mərkəzində yerləşən Nüşabə küçəsində, Zərifə Əliyeva adına Texniki Təmayüllü Liseyin yaxınlığında qeydə alınıb.

© Sputnik / Musa MuradliBərdədə aşmış ağac
Güclü külək Bərdəni silkələdi - Sputnik Azərbaycan
Bərdədə aşmış ağac

İri gövdəli çinar ağacının aşması nəticəsində “Nissan” markalı minik avtomobilinə yüngül ziyan dəyib. Xoşbəxtlikdən aşan ağac ərazidə dayanmış avtomobilin üzərinə düşməyib, ön hissəsinə toxunub.

Hadisə yerinə cəlb edilən şəhər təsərrüfatının əməkdaşları qısa müddətdə operativ olaraq ərazini təmizləyiblər. Nəqliyyatın sərbəst hərəkəti təmin edilib.

Xəbər lenti
0