CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dörd kiloqram təhlükəli maddəni üzərində gəzdirən kişi tutuldu

© AP Photo / Rebecca BlackwellОбразцы марихуаны, фото из архива
Образцы марихуаны, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Araşdırma zamanı müəyyən olunub ki, Ramil Quliyev adı istintaqa məlum olmayan İran vətəndaşının tapşırığı ilə qanunsuz yollarla Azərbaycan ərazisinə keçirilən külli miqdarda narkotik vasitələri satmaq məqsədilə əldə edib.

BAKI, 12 iyun — Sputnik. Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbiri nəticəsində külli miqdarda narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb. Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Ramil Quliyev saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 3 kiloqram 110 qram narkotik vasitə olan heroin, 1 kiloqram 105 qram marixuana və 180 ədəd satışı qadağan edilən psixotrop tərkibli "Preqabalin" həbi aşkar olunaraq götürülüb.

Araşdırma zamanı müəyyən olunub ki, Ramil Quliyev adı istintaqa məlum olmayan İran vətəndaşının tapşırığı ilə qanunsuz yollarla Azərbaycan ərazisinə keçirilən külli miqdarda narkotik vasitələri satmaq məqsədilə əldə edib.

Faktla bağlı Nizami RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, adı çəkilən şəxs tutularaq istintaqa təqdim olunub. Cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xəbər lenti
0