Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Nazir müavinləri Ceyranbatanda - Yanğının qarşısını almaq mümkün olmayıb

© Photo : REPORTHadisə yerində
Hadisə yerində - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda Fövqəladə hallar nazirinin müavinləri Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində yanğın baş verən əraziyə gediblər. Nazir müavinləri general-leytenant Etibar Mirzəyev və Tapdıq Əmiraslanov, habelə nazirliyin digər aidiyyəti vəzifəli şəxsləri ərazidədirlər.

BAKI, 11 iyun — Sputnik. Bu gün səhər saatlarında Abşeron rayonunun Ceyranbatan qəsəbəsində Ceyranbatan su anbarının yaxınlığında quru ot və kol-kos yanıb.

Вид на Пламенные башни в Баку - Sputnik Azərbaycan
HADİSƏ
Alov qüllələri yaxınlığında yanğın baş verib?

Bununla bağlı Fövqəladə Hallar Nazirliyinin  “112” qaynar xəttinə məlumat daxil olub.

Nazirliyin məlumatına görə, hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvə və texnikası cəlb olunub.

Yanğının söndürülməsi üzrə əməliyyata nazirliyin Aviasiya dəstəsinin 2 ədəd helikopteri cəlb olunub.

Hazırda Fövqəladə hallar nazirinin müavinləri Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində yanğın baş verən əraziyə gediblər. Nazir müavinləri general-leytenant Etibar Mirzəyev və Tapdıq Əmiraslanov, habelə nazirliyin digər aidiyyəti vəzifəli şəxsləri ərazidədirlər.

Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Əlavə məlumat veriləcək.

Xəbər lenti
0