Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Salyanda ağır qəza: Ər-arvad kanalda boğuldular

© pixabay / byrev / AccidentАвтомобиль, попавший в ДТП
Автомобиль, попавший в ДТП - Sputnik Azərbaycan
Abunə olmaq
Regional mərkəzin qüvvə və vasitələrinin köməkliyi ilə avtomobil kanaldan çıxarılıb, içərisində aşkarlanan şəxsiyyəti məlum olmayan kişi və qadın meyiti aidiyyəti üzrə təhvil verilib

BAKI, 10 iyun — Sputnik. Salyan rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

В Кюрдамире грузовой автомобиль врезался в Камаз и перевернул его - Sputnik Azərbaycan
HADİSƏ
Sumqayıtda ağır qəza: ölənlər var

Sputnik Azərbaycan-ın xəbərinə görə, rayonun Sarvan kəndində avtomobil kanala aşıb. Nəticədə avtomobilin sürücüsü olan kişi və onun həyat yoldaşı kanalda boğularaq ölüblər.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Salyan rayonunun Sarvan kəndində "Moskviç" markalı minik avtomobilinin su kanalına aşması barədə məlumat daxil olub.

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Muğan Regional Mərkəzinin axtarış-xilasetmə qrupları hadisə yerinə cəlb olunub. Regional mərkəzin qüvvə və vasitələrinin köməkliyi ilə avtomobil kanaldan çıxarılıb, içərisində aşkarlanan şəxsiyyəti məlum olmayan kişi və qadın meyiti aidiyyəti üzrə təhvil verilib. Eyni zamanda, xidmətin dalğıc-axtarış qrupu tərəfindən su kanalında axtarış işləri aparılıb.

Əməliyyat başa çatıb.

Xəbər lenti
0