CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Pandemiya bir tərəfdən, təbiət digər: Bu il oğuzlularınkı heç gətirmir - FOTOLAR

© Sputnik / Ilham AhmadovOğuzda problem
Oğuzda problem - Sputnik Azərbaycan
Abunə olmaq
Artdıcıl olaraq yağan yağış və dolu, onların nəticəsində yaranan sel və daşqınlar fermer təsərrüfatları ilə yanaşı, insanların şəxsi bağ-bostanına da kəskin ziyan vurur.

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 8 iyun - Sputnik. İki gündür davam edən dəyişkən hava şəraiti şimal-qərb bölgəsində şəxsi təsərrüfatlara ciddi ziyan vurub.

Anidən başlayan leysan yağışı sel və daşqınlara səbəb olub. Küləkli hava və dolu olması əsasən Oguzun və ətraf rayonların kəndlərində ciddi fəsadlarla nəticələnib. Ən böyük fəsadlar Oğuz rayonunun Yaqublu, Kərimli və ətraf kəndləri, eləcə də rayonun Xaçmaz kəndində olub. Yaqublu kəndində sel nəticəsində həyətyanı sahələrə, əkin sahələrinə və bostanlara ciddi ziyan vurub və bostanları yuyub. Yaqubluda əkilmiş 5 ha sahədəki sarımsaq tarlasına, eləcə də əkin sahəsinə ciddi ziyan dəyib. Bununla yanaşı, rayonun digər kəndlərində də güclü külək nəticəsində ağaclara və meyvə bağlarına ziyan dəyib.

© Sputnik / Ilham Ahmadov
Oğuzda problem - Sputnik Azərbaycan
1/7
© Sputnik / Ilham Ahmadov
Oğuzda problem - Sputnik Azərbaycan
2/7
© Sputnik / Ilham Ahmadov
Oğuzda problem - Sputnik Azərbaycan
3/7
© Sputnik / Ilham Ahmadov
Oğuzda yağış və sel problemi - Sputnik Azərbaycan
4/7
Oğuzda yağış və sel problemi
© Sputnik / Ilham Ahmadov
Oğuzda yağış və sel problemi - Sputnik Azərbaycan
5/7
Oğuzda yağış və sel problemi
© Sputnik / Ilham Ahmadov
Oğuzda yağış və sel problemi - Sputnik Azərbaycan
6/7
Oğuzda yağış və sel problemi
© Sputnik / Ilham Ahmadov
Oğuzda yağış və sel problemi - Sputnik Azərbaycan
7/7
Oğuzda yağış və sel problemi
1/7
2/7
3/7
4/7
Oğuzda yağış və sel problemi
5/7
Oğuzda yağış və sel problemi
6/7
Oğuzda yağış və sel problemi
7/7
Oğuzda yağış və sel problemi

Xaçmaz kəndində həftə ərzində bir neçə dəfə dolu yağışı meyvələrin tələf olması ilə nəticələnib. Güclü yağıntı bağlarda və əkin sahələrində ciddi fəsadlar yaradıb.

Yağıntılar dünən günortadan sonra və gecə saatlarında daha güclü olub və ildirim çaxmaları ilə müşahidə olunub.

Xəbər lenti
0