16:15 04 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
8320

Altıağac Milli Parkının nəzdindəki Vəhşi Təbiətin Reabilitasiyası Mərkəzində ayı baytar həkim tərəfindən müayinə olunacaq və mərkəzdə reabilitasiya keçdikdən sonra vəhşi təbiətə buraxılacaq

BAKI, 31 may — Sputnik. Artıq Bakıdan ezam olunan mütəxəssis heyəti Şəkidədir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Sputnik Azərbaycan-a bildirib ki, mütəxəssis heyəti Fövqəladə Hallar Nazirliyinin helikopteri ilə tez bir zamanda hadisə yerinə çatdırılıb. Mütəxəssislər tərəfindən ayının yatızdırılması üçün iynə vurulub. Artıq iynə təsirini göstərib və ayı yatızdırılaraq Altıağac Milli Parkının nəzdindəki Vəhşi Təbiətin Reabilitasiyası Mərkəzinə göndərilib. 

Qeyd edək ki, ayı orada baytar həkim tərəfindən müayinə olunacaq və mərkəzdə reabilitasiya keçdikdən sonra vəhşi təbiətə buraxılacaq.

İradə İbrahimova bu işdə mütəxəssislərə yardımçı olan, dəstək verən, təmkin və dözümlülük göstərən Şəki şəhər İcra Hakimiyyətinə, polis idarəsinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına minnətdarlığımızı bildirib.

Xatırladaq ki, ötən gecə saat 4 radələrində Şəki şəhərinin mərkəzində qonur ayının hərəkət etdiyi müşahidə olunub. Onun təhlükəsiz vəziyyətdə vəhşi təbiətə qaytarılması üçün tədbirlər görülüb.

Əlaqədar

Şəkinin mərkəzində çaxnaşma: şəhərdə ayı gəzir - VİDEO
Şəkini lərzəyə salan ayıdan təzə xəbər

Əsas mövzular