18:31 11 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
21 0 0

Mingəçevirdə mənzillərin birində gözlənilmədən soba üzərindəki qaynar maye ilə dolu qazan partlayıb və ərlə arvadın üzərinə dağılıb

BAKI, 22 may - Sputnik. Mingəçevirdə bir mənzildə qaz sobasının üzərindəki maye dolu qabın partlaması nəticəsində ər və arvad yanıq xəsarətləri alıblar.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, hadisə Nizami küçəsi 4A saylı binanın mənzillərindən birində qeydə alınıb.

Məlumata görə, gözlənilmədən soba üzərindəki qaynar maye ilə dolu qazan partlayıb və ərlə arvadın üzərinə dağılıb. Müxtəlif dərəcəli yanıq xəsarətləri alan 1987-ci il təvəllüdlü İbrahimov Rahim Tofiq oğlu və 1989-cu il təvəllüdlü İbrahimova Fərqinə Akif qızı xəstəxanaya çatdırılıblar. Hər iki şəxsə dərhal lazımi tibbi yardım göstərilib.

Əlaqədar

Şəmkirdə atanın yandırdığı oğlu 6 gün sonra öldü
Gəncədə partlayış olub, yaralılar var
Əri tərəfindən vəhşiliyə məruz qalan qadınla bağlı rəsmi məlumat yayıldı
Samuxda partlayış: nənə və nəvə yaralandılar
Sürücü dəhşətli qəzada yanaraq öldü

Əsas mövzular