CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Cəlilabadda narkotiklə saxlanılan şəxsin silsilə oğurluqları üzə çıxdı

© Sputnik / Murad OrujovНаручники, фото из архива
Наручники, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Rayon ərazisində ayrı-ayrı vaxtlarda girdikləri 6 evdən ümumilikdə 7700 manat dəyərində pul və qızıl zinət əşyaları oğurladıqları müəyyən olunub.

Rahim Muradov, Sputnik Azərbaycan

BAKI, 4 may — Sputnik. Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiləri nəticəsində silsilə oğurluqlar törədən rayon sakinləri saxlanılıblar. Onlardan birinin üzərindən narkotik vasitə də aşkar edilib.

Cəlilabad Rayon Polis Şöbəsinin müstəntiqi Elvin Süleymanlının Sputnik Azərbaycan-a verdiyi məlumata görə, Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Alar kənd sakini Kainat Əliyev saxlanılıb. Şəxsi axtarış zamanı onun üzərindən 3 qrama yaxın nakotik vasitə heroin aşkarlanıb.

© Sputnik / Rahim Muradov
Saxlanılan şəxs Kainat Əliyev - Sputnik Azərbaycan
1/2
Saxlanılan şəxs Kainat Əliyev
© Sputnik / Rahim Muradov
Saxlanılan şəxs Seymur Hüseynov  - Sputnik Azərbaycan
2/2
Saxlanılan şəxs Seymur Hüseynov
1/2
Saxlanılan şəxs Kainat Əliyev
2/2
Saxlanılan şəxs Seymur Hüseynov

K.Əliyevin ətrafında aparılan əməliyyat-axtarış tədbirləri ilə onun həmkəndlisi Seymur Hüseynovla birlikdə rayon ərazisində 2020-ci ilin yanvar-aprel ayları aralığında ayrı-ayrı vaxtlarda girdikləri 6 evdən ümumilikdə təxminən 7700 manat dəyərində pul və qızıl zinət əşyaları oğurladıqları müəyyən olunub. Cəlilabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S. Hüseynov da saxlanılıb və hər iki şəxs istintaqa təhvil verilib.

Davam etdirilən əməliyyat tədbirləri ilə K.Əliyevə narkotik vasitəni satan şəxs, Cəlilabad şəhər sakini Elməddin Quliyev də müəyyən edilərək saxlanılıb. Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırmalar davam etdirilir.

Xəbər lenti
0