Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Oğlundan dəhşətli qisas alan kişi polislərə yaxalandı

© Sputnik / Anar MustafayevМужчина в наручниках, фото из архива
Мужчина в наручниках, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Vəli Yaqubov qisas məqsədilə özüylə gətirdiyi benzini oğlu ilə gəlininin üzərinə və evin içərisinə tökərək yandırıb

 BAKI, 8 aprel — Sputnik. Şəmkirdə kişinin ailə üzvlərini yandırması ilə bağlı cinayət işi başlanıb.

Sputnik Azərbaycan-ın hüquq mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Şəmkir rayonu Seyfəli kənd sakini, 1963-cü il təvəllüdlü Yaqubov Vəli Əkbər oğlu yaşadığı evdə ailə münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı qisas məqsədilə özü ilə gətirdiyi benzini oğlu, 1988-ci il təvəllüdlü Əkbər Vəliyev və gəlini, 1988-ci il təvəllüdlü Hüseynova Nərgiz Zahiddin qızının üzərinə və evin içərisinə tökərək yandırıb.

Bu zaman oğlu Əkbər Vəliyev, gəlini N.Hüseynova, evdə olan arvadı 1966-cı il təvəllüdlü Yaqubova Nüşabə Vəli qızı və 2016-cı il təvəllüdlü nəvəsi Yaqubova Banu Əkbər qızı yanıq xəsarətləri ilə Gəncə şəhər Xəstəxanasına aparılıblar, V.Yaqubov hadisə yerindən qaçıb.

V.Yaqubov barəsində cinayət işi başlanıb və o tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.4-cü və 29, 120.2.7-ci maddələri ilə cinayət işi başlanıb.

Xəbər lenti
0