19:27 27 May 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
10301

10-ZZ-706 dövlət nömrə nişanlı "VAZ-21014" markalı avtomobilinin sürücüsü idarəetmənin itirərək, maşını yolun kənarında durmuş iki hərbçiyə, sonra isə divara çırpıb

BAKI, 6 aprel — Sputnik. Sahil qəsəbəsində, "Mayak" adlanan ərazidə, hərbi hissənin yanında ağır avtomobil qəzası baş verib.

Sputnik Azərbaycan xəbər verir ki, qəza zamanı iki hərbçi dünyasını dəyişib.

Belə ki, 10-ZZ-706 dövlət nömrə nişanlı "VAZ-21014" markalı avtomobilin sürücüsü idarəetmənin itirərək, onu yolun kənarında durmuş iki hərbçiyə, sonra isə divara çırpıb.

Hər iki hərbçi yerindəcə həlak olub. Hadisə şahidlərinin sözlərinə görə, qəzaya səbəb yüksək sürət olub: "Yüksək sürətlə gəlirdi. Avtobusa çırpılmamaq üçün sağa çəkdi. Hərbçiləri vurdu".

Əsas mövzular