23:52 02 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
7101

Şübhəli şəxs qismində saxlanılan 28 yaşlı Azərbaycan vətəndaşı oğurladığı tibbi spirti internet vasitəsi ilə satarkən saxlanılıb

BAKI, 19 mart — Sputnik. Almaniyanın Münster şəhərindəki bir xəstəxanadan 100 litr tibbi spirt oğurlayan Azərbaycan vətəndaşı saxlanılıb.

Sputnik Azərbaycan “Report”a istinadən bildirir ki, Münster Şəhər Polis Təşkilatından verilən məlumata görə, bu ilin fevral ayından şəhərdəki xəstəxanalardan birindən 100 litr tibbi spirt oğurlayan 28 yaşlı Azərbaycan vətəndaşı polisin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.

 Münster polisinin media əlaqələndiricisi Angela Lüttman bildirib ki, şübhəli şəxs qismində saxlanılan 28 yaşlı Azərbaycan vətəndaşı oğurladığı tibbi spirti internet vasitəsi ilə satarkən saxlanılıb. 

“Məhkəmənin qərarı ilə onun Havixbeck qəsəbəsindəki evinə baxış keçirilib. Spirt qabları xəstəxana inventarına daxil edildiyindən onun haqqında cinayət işi açılıb. Ancaq şübhəli şəxs qismində saxlanılan azərbaycanlı hələ də ittihamları rədd edir”, - A.Lüttmann bildirib.

Hazırda faktla bağlı Münster Şəhər Polis Təşkilatında istintaq tədbirləri davam etdirilir.

Əsas mövzular