Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

"Bandotdel" əməliyyat keçirdi, saxlanılanlar var

© Photo : Facebook / Baku Media Center Polis əməliyyatı, arxiv şəkli
Polis əməliyyatı, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Onların ətraflarının və cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

BAKI, 12 mart — Sputnik. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən şəxslər saxlanılıb.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, Baş İdarəyə naməlum şəxslərin Sumqayıt şəhər sakini Nemət Rəhimovdan hədə-qorxu ilə 13400 manat və Biləsuvar rayon sakini Niyaməddin Abbasovdan isə eyni üsulla 15000 manat pul tələb etməsi barədə əməliyyat məlumatı daxil olub.

Həyata keçirilən tədbir nəticəsində qeyd edilən məbləğdə pul vəsaitlərini alan dəstə üzvləri əvvəllər məhkum olunmuşlar, Ağstafa rayon sakini Cavid Həsənov və Biləsuvar rayon sakini Vasif Bağışov tutulublar. Onlar istintaqa verdikləri ifadələrində etdikləri cinayəti etiraf ediblər.

© AR Ministry of Internal AffairsAğstafa rayon sakini Cavid Həsənov (sağda) və Biləsuvar rayon sakini Vasif Bağışov
Bandotdel əməliyyat keçirdi, saxlanılanlar var - Sputnik Azərbaycan
Ağstafa rayon sakini Cavid Həsənov (sağda) və Biləsuvar rayon sakini Vasif Bağışov

Baş İdarə əməkdaşları tərəfindən keçirilən daha bir tədbir zamanı Bakı şəhər sakini olan bir qadına hədə-qorxu gələrək ondan pul tələb edən Sumqayıt şəhər sakini Teymur Sadiqi-Raşidi saxlanılıb. O, şantaj etdiyi qadından 1000 manat alan zaman Baş İdarənin əməkdaşları tərəfindən tutulub.

© AR Ministry of Internal AffairsSumqayıt şəhər sakini Teymur Sadiqi-Raşidi
Bandotdel əməliyyat keçirdi, saxlanılanlar var - Sputnik Azərbaycan
Sumqayıt şəhər sakini Teymur Sadiqi-Raşidi

Saxlanılan şəxslərin hər biri barəsində Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Onların ətraflarının və cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xəbər lenti
0