CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda polis işçisi qardaşı tərəfindən öldürüldü

© Sputnik / Rahim MuradovPolis Patrul Xidməti və Təcili Tbbi Yardım maşınları
Polis Patrul Xidməti və Təcili Tbbi Yardım maşınları - Sputnik Azərbaycan
Abunə olmaq
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, Araz Ramazanov saxlanılıb

BAKI, 25 fevral — Sputnik. Bakıda 31 yaşlı şəxs qardaşını qətlə yetirib.

Sputnik Azərbaycan-ın məlumatına görə, hadisə fevralın 24-də paytaxtın Nərimanov rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1989-cu il təvəllüdlü Araz Ramazanov mübahisə zəminində qardaşı, Nəsimi Rayon Pollsi İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşı Anar Ramazanovu bıçaqla qətlə yetirib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, Araz Ramazanov saxlanılıb.

Xəbər lenti
0