19:19 31 Mart 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
41110

Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində gözlənilmədən əməliyyat keçirilib, direktor və müavini tutulub

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 20 fevral — Sputnik. Azərbaycan Respublikasının Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində əməliyyat keçiriblər.

Sputnik Azərbaycan-ın əldə etdiyi məlumata görə, gündüz saat 12 radələrində kollecə gələn əməliyyatçılar sənədləri götürərək kollecin direktoru Xaləddin Ələkbərov və dərs hissə müdiri İlqar Dursunovu özləri ilə Bakıya aparıblar.

Bildirilənə görə, hazırda hər iki şəxs Azərbaycan Respublikasının Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində saxlanılırlar. Onların nədə ittiham olunduqları bilinmir.

Əsas mövzular