CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

DTX: Neftçalada vəzifəli şəxslər tutulublar

© Photo : State Security Service of the Republic of AzerbaijanСотрудники Службы государственной безопасности Азербайджана, фото из архива
Сотрудники Службы государственной безопасности Азербайджана, фото из архива  - Sputnik Azərbaycan
Abunə olmaq
Şübhəli şəxs qismində tutularaq cinayət məsuliyyətinə cəlb edilən şəxslər və onlar tərəfindən törədilmiş cinayət əməlləri barədə ictimaiyyətə geniş məlumat veriləcək

BAKI, 20 fevral — Sputnik. Neftçala Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı cinayət əməllərinə yol vermələri ilə bağlı başlanılmış cinayət işi üzrə kompleks əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Dövlət Təhlükəsizliyi Xidmətindən Sputnik Azərbaycan-a bildirilib ki, araşdırmalar əsasında şübhəli şəxs qismində tutularaq cinayət məsuliyyətinə cəlb edilən şəxslər və onlar tərəfindən törədilmiş cinayət əməlləri barədə ictimaiyyətə geniş məlumat veriləcək.

Xəbər lenti
0