Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Onlardan da fəndgiri tapıldı - FOTO

© Photo : Baku Transport AgencyBakıda avtobus dayanacağı, arxiv şəkli
Bakıda avtobus dayanacağı, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Bu cibgirlərin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in "102" Zəng Mərkəzinə məlumat verə bilərlər

BAKI, 21 yanvar — Sputnik. Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən sərnişin avtobuslarında cibgirliklə məşğul olan şəxslərə qarşı əməliyyat keçirilib. Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, tədbir zamanı sərnişinlərin sıx olduğu vaxtlarda 7 saylı avtobuslarda cibgirlik edən iki nəfər şəhər sakini - əvvəllər məhkum olunmuş Məmməd Məmmədov və Elnur Abbasov - saxlanılıb.

© AR Ministry of Internal Affairs Məmməd Məmmədov
Onlardan da fəndgiri tapıldı - FOTO - Sputnik Azərbaycan
Məmməd Məmmədov

Araşdırma zamanı hər iki şəxsin avtobuslarda ümumilikdə 4 vətəndaşın cibindən pul, mobil telefon və digər qiymətli əşyalar oğurladıqları müəyyən edilb. Qeyd edək ki, bu şəxslərin avtobuslarda cibgirlik etmələri nəqliyyat vasitələrində quraşdırılan müşahidə kameraları vasitəsilə də anbaan qeydə alınıb.

© AR Ministry of Internal AffairsElnur Abbasov
Onlardan da fəndgiri tapıldı - FOTO - Sputnik Azərbaycan
Elnur Abbasov

Faktlarla bağlı Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir. E.Abbasov və M.Məmmədovun Sumqayıt, eləcə də paytaxt ərazisində analoji cinayətlər etdikləri istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in "102" Zəng Mərkəzinə məlumat verə bilərlər.

Xəbər lenti
0