Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

İki bacanaq birləşib üçüncünü öldürdü – Gözündən güllə ilə vuruldu

© pixabay / jasongillmanМужчина с охотничьим ружьем в руках. Архивное фото
Мужчина с охотничьим ружьем в руках. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Arvadını qısqanan bir bacanaq o biri bacanağın üstünə gedən zaman üçüncünü də özü ilə götürüb - Üç ailə başsız qaldı

BAKI, 28 dekabr — Sputnik. Dekabrın 27-də səhər saatlarında Bakının Xətai rayonunda törədilən qətlin qısqanclıq zəminində baş verdiyi məlum olub.

Sputnik Azərbaycan oxu.az-a istinadla xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.

Təcili tibbi yardım avtomobili, arxiv şəkli - Sputnik Azərbaycan
HADİSƏ
Əvvəl döydü, sonra üstündən at arabası ilə keçdi – Ağdamda qətl

Xatırladaq ki, saat 08:00 radələrində Səməd bəy Mehmandarov küçəsində, 74 nömrəli binanın yaxınlığında 45 yaşlı paytaxt sakini Cəfərov Xəyal Aydın oğlu öldürülüb. Faktla bağlı X.Cəfərovun bacanaqları Mahmudov Kamran Tərlan oğlu və Eminov Nazim Rəşid oğlu saxlanılıb.

Əldə edilən məlumata görə, X.Cəfərovu K.Mahmudov güllə ilə gözündən vurub. Cinayət silahı kustar üsulla hazırlanan 8 mm kalibrli revolver olub.

X.Cəfərov uşağını məktəbə aparandan sonra ona hücum olunub. Bildirilir ki, K.Mahmudov arvadını bacanağına qısqanıb və onunla məsələni həll etməyə gələndə, mənəvi dəstək üçün N.Eminovu da özü ilə gətirib. Nəticədə, bacanaqların biri ölüb, ikisi isə dəmir barmaqlıqlar arxasına göndərilib.

Faktla bağlı araşdırmalar davam edir.

Xəbər lenti
0