Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda restoranda zəhərlənmə: Bir nəfər ölüb, digərinin vəziyyəti ağırdır

© Pexels Helena LopesRestoranda nahar, arxiv şəkli
Restoranda nahar, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
S.Bayramov Kliniki Tibbi Mərkəzə, C.Həmzəyev isə 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib. S.Bayramov xəstəxanada dünyasını dəyişib. C.Həmzəyev isə ağır vəziyyətdə həkimlərin müşayiəti altındadır

BAKI, 24 dekabr — Sputnik. Bakıda iki nəfər restoranda zəhərlənib.

Карета скорой помощи в Баку, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Zəhərlənmə diaqnozu ilə daha bir qız xəstəxanaya çatdırıldı

Sputnik Azərbaycan-ın məlumatına görə, Bakı şəhər sakini Bayramov Sərxan Niyazi oğlu qohumu Həmzəyev Cəlal Ələmdar oğlu ilə birlikdə Nərimanov rayonu, K.Rəhimov küçəsindəki "Baku Voice Rooms" və Nəsimi rayonu, Tbilisi prospektindəki "Baku City" restoranlarında müxtəlif spirtli içki və qida qəbul ediblər. Bu zaman hər iki şəxsin səhhəti pisləşib.

S.Bayramov Kliniki Tibbi Mərkəzə, C.Həmzəyev isə 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib. S.Bayramov xəstəxanada dünyasını dəyişib. C.Həmzəyev isə ağır vəziyyətdə həkimlərin müşayiəti altındadır.

Zəhərlənmənin iki restorandan hansında baş verdiyi məlum deyil.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Xəbər lenti
0