13:58 20 Yanvar 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
82 0 0

Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin briqadaları və beş yanğınsöndürən maşın hadisə yerinə cəlb edilib.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 9 dekabr — Sputnik. İran İslam Respublikasının Bakıdakı səfirliyində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin briqadaları və beş yanğınsöndürən maşın hadisə yerinə cəlb edilib.

Bu barədə məlumatı blogger Ramin Hacılı Facebook sosial şəbəkəsindəki səhifəsində paylaşıb. O, yanğının baş verdiyi ərazidən birbaşa yayın edib. FHN-in əməkdaşları onlara yanğının baş verdiyi barədə məlumat daxil olduğunu bildiriblər. Qısa müddətdən sonra yanğınsöndürmə briqadaları səfirliyin binasına daxil olaraq yanğını söndürməyə başlayıblar. Ramin Hacılı içəridə tüstünün göründüyünü bildirib.

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyindən bildiriblər ki, baş verən tüstülənmənin qarşısı hazırda alınır. İnsidentin hansı səbəbdən baş verməsi bəlli deyil.

Əsas mövzular