Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Hillari Klintonun olduğu təyyarə qəza enişi edib

© REUTERS / Stephen LamХиллари Клинтон, кандидат в президенты США от Демократической партии
Хиллари Клинтон, кандидат в президенты США от Демократической партии  - Sputnik Azərbaycan
Abunə olmaq
Pilotların sözlərinə görə, təyyarə aeroportun terminalından bir neçə kilometr uzaqlaşdıqdan sonra silkələnməyə başlayıb.

BAKI, 18 noyabr - Sputnik. ABŞ-ın sabiq-dövlət katibi Hillari Klintonun olduğu, Nyu-Yorkdan Vaşinqtona uçan təyyarə texniki nasazlığa görə geri qayıtmağa məcbur olub.

"Report" xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarının nümayəndəsinə istinadən CNN telekanalı bildirib.

Telekanalın məlumatına görə, "American Airlines" aviaşirkətinin təyyarəsi əməkdaşlardan birinin nasazlığı qeyd etməsindən sonra yerli vaxtla saat 15:15-də Nyu-York aeroportuna qayıdıb.

Pilotların sözlərinə görə, təyyarə aeroportun terminalından bir neçə kilometr uzaqlaşdıqdan sonra silkələnməyə başlayıb. Aeroportun əməkdaşı tüstünü qeydə alıb və səmada olan təyyarənin metal qırıntısını aşkarlayıb.

Bu reyslə uçan sərnişinlər Vaşinqtona yerli vaxtla saat 16:45-də başqa təyyarə ilə çatdırılıblar.

Xəbər lenti
0