01:14 22 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0623
HADİSƏ
Qısa URL
4320

Yol nəqliyyat hadisəsinin 25-BC-666 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Taleh İsmayılov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən, o, noyabrın 16-da şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub

BAKI, 16 noyabr — Sputnik. Göygöl rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutulub.

Bu barədə Sputnik Azərbaycan-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Qəza, arxiv şəkli
© AFP 2020 / YANN SCHREIBER

Məlumata görə,  noyabrın 15-də saat 18 radələrində Göygöl rayonu ərazisində naməlum sürücünün idarə etdiyi “VAZ-2121” markalı avtomobil ötmə əməliyyatı zamanı idarəetmədən çıxaraq onunla eyni istiqamətdə hərəkət edən sürücü Cavad Kərimovun idarə etdiyi 99-HM-929 dövlət qeydiyyat nişanlı avtomobilə çırpılıb.

C.Kərimovun avtomobilinin dərəyə aşması nəticəsində sərnişinləri Niyaməddin Qocayev, Elnur Quliyev, Dilbər Kərimova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar, Gülnur Qocayeva isə ölüb. Qəzaya səbəb olan sürücü hadisə yerindən qaçıb.

Faktla bağlı rayon Polis Şöbəsinin İstintaq qrupu Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başladıb. Cinayət işi üzrə hadisə yerinə baxış keçirilib, zəruri ekspertizalar təyin olunub və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.

Yol nəqliyyat hadisəsinin 25-BC-666 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Taleh İsmayılov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən, o, noyabrın 16-da şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Əlaqədar

Qəza sürücünün həyatını, iki kəndin də işığını apardı
Marşrut avtobusu piyadanı ölümcül hala saldı
Bakı-Quba yolunda dəhşətli qəza: 4 ölü
Azərbaycanda min iki yüz yetmiş dörd qəza baş verib
Gün ərzində iki bənzər qəza, qaz xətti sıradan çıxıb - FOTO

Əsas mövzular