CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dəhşətli qəzada qadın sürücü öldü

© AFP 2023 / YANN SCHREIBERQəza, arxiv şəkli
Qəza, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
1968-ci il təvəllüdlü Dadaşova Tacirə Fəxrəddin qızının meyiti deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib

BAKI, 16 noyabr — Sputnik. Bakıda qadın sürücü avtomobil qəzasında ölüb. Sputnik Azərbaycan Fövqəladə Hallar Nazirliyinin məlumatına istinadla xəbər verir ki, bu barədə nazirliyin "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumata görə, qəza Bakı şəhərinin Suraxanı rayonunda baş verib. Belə ki, "Mitsubishi" markalı minik avtomobili yol kənarındakı beton plitəyə çırpılıb. Hadisə yerinə Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

1968-ci il təvəllüdlü Dadaşova Tacirə Fəxrəddin qızının meyiti deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Xəbər lenti
0