12:15 04 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
15 0 0

"Qarayazı" Dövlət Meşə qoruğunda kolların arasında gizlədilmiş halda 1 ədəd 20 mm-lik ov tüfəngi, ona məxsus 9 ədəd patron götürülüb. Başqa bir silah isə Oğuzda aşkarlanıb

BAKI, 15 noyabr — Sputnik. Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsi və dövlət sərhədində rejim qaydalarına riayət olunması üzrə həyata keçirilmiş əməliyyat-axtarış və qoşun tədbirləri nəticəsində sərhədboyu ərazilərdə gizlədilmiş odlu silahlar aşkar olunub.

Sputnik Azərbaycan Dövlət Sərhəd Xidmətinin məlumatına istinadla xəbər verir ki, noyabrın 12-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Şəmkir" sərhəd dəstəsinin xidməti ərazisində Ağs­tafa rayonunun Sadıxlı kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində yerləşən "Qarayazı" Dövlət Meşə qoruğunda kolların arasında gizlədilmiş halda 1 ədəd 20 mm-lik ov tüfəngi, ona məxsus 9 ədəd patron götürülüb.

  • Ağstafada meşə qoruğunda silah-sursat tapılıb
    Ağstafada meşə qoruğunda silah-sursat tapılıb
    © State Border Service of Azerbaijan Republic

1 / 3
© State Border Service of Azerbaijan Republic
Ağstafada meşə qoruğunda silah-sursat tapılıb

Eyni zamanda "Şəki" sərhəd dəstəsinin xidməti ərazisində Oğuz rayonunun Fil-filli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində Qalaçay çayının sahilində qaya daşlarının altında giz­lədilmiş istifadəyə yararlı 1 ədəd 1960-cı il istehsalı olan "TOZ-8" markalı yivli silah aşkar olunub.

Qeyd olunan faktlar üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Əsas mövzular