00:44 21 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8823
Qucağında körpə uşaq tutmuş adam, arxiv şəkli

Gənc qadın doğuş zamanı öldü

CC0 / Josh Willink / baby
HADİSƏ
Qısa URL
25 0 0

İyirmi üç yaşlı qadın xəstəxanada qız uşağı dünyaya gətirib, ancaq doğuş zamanı ölüb. Bu, qadının ikinci övladıdır

BAKI, 10 noyabr — Sputnik. Yevlaxda doğuş zamanı ana ölümü faktı qeydə alınıb.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, Tanrıqulular kənd sakini, 23 yaşlı  Gülanə Həmzəyeva Yevlax Rayon Mərkəzi Xəstəxanasında qız uşağı dünyaya gətirib.

Ancaq ana doğuş zamanı həyatını itirib. Qeyd edək ki, bu, G.Həmzəyevanın ikinci övladıdır. Faktla bağlı Yevlax Rayon Prokurorluğunda araşdırma aparılır.

Əsas mövzular