Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

BMCMİ əməliyyat keçirdi – saxta pul və narkotik tapıldı

© Sputnik / Murad OrujovКупюра номиналом в 50 AZN, фото из архива
Купюра номиналом в  50 AZN, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
A.Cavadovun "BMW" markalı avtomobilinə baxış zamanı isə oradan 7 ədəd 50 manatlıq saxta əsginas aşkar edilərək götürülüb

BAKI, 9 noyabr — Sputnik. Bakıda keçmiş məhkumun üzərindən narkotik maddə və saxta əsginaslar aşkarlanıb.

Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Tərtər rayon sakini, əvvəllər məhkum olunan A.Cavadov paytaxtın Nərimanov rayonu ərazisində saxlanılıb. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin aşkar edilib. A.Cavadovun "BMW" markalı avtomobilinə baxış zamanı isə oradan 7 ədəd 50 manatlıq saxta əsginas aşkar edilərək götürülüb.

Xəbər lenti
0