09:48 28 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0224
  • EUR2.0554
HADİSƏ
Qısa URL
26 0 0

Noyabrın 6-da ölkə ərazisində hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

BAKI, 5 noyabr — Sputnik. Noyabrın 4-ü gün ərzində, 5-i səhərədək əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin Lənkəran-Astara zonasında, Bakıda və Abşeron yarımadasında yağış yağıb.

Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadla xəbər verir ki, noyabrın 5-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, günün ikinci yarısında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək, arabir güclənəcək.

Noyabrın 6-da ölkə ərazisində hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər saatlarında bəzi yerlərdə zəif duman olacaq. Qərb küləyi üstünlük təşkil edəcək.

Əsas mövzular