Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Rusiyaya çörək dalınca gedən gənc həlak oldu

© Sputnik / Maksim Bogodvid / Mediabanka keçidАвтомобили скорой помощи, фото из архива
Автомобили скорой помощи, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ramin Xosrovov Dağıstan Respublikasında yerləşən binaların birində işləyən zaman 7-ci mərtəbədən yıxılıb

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 4 noyabr — Sputnik. Rusiyaya işləməyə gedən azərbaycanlı gənc bədbəxt hadisənin qurbanı olub.

Hadisə Dərbənd şəhərində baş verib. Sputnik Azərbaycan-ın məlumatına görə, Qusar rayon sakini, 1984-cü il təvəllüdlü Ramin Loğman oğlu Xosrovov Dağıstan Respublikasında yerləşən binaların birində işləyən zaman 7-ci mərtəbədən yıxılıb. Azərbaycanlı gənc aldığı xəsarətdən yerindəcə dünyasını dəyişib.

35 yaşlı Ramin ailəsi ilə birlikdə Dərbənddə kirayədə qalırmış.

Xəbər lenti
0