CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ata üç azyaşlı ilə avtovağzalda küçədə qaldı

© Photo : APAAvtovağzal
Avtovağzal - Sputnik Azərbaycan
Abunə olmaq
"Adətən müəyyən qədər problemi olan qadınlar ardıcıl övlad dünyaya gətirdikdə bu cür ruhi problemlər müşahidə edilir. Belə qadınlara qısa müddətdən sonra ikinci övlad dünyaya gətirmək qəti qadağandır. Onlar müəyyən müalicələr almalıdırlar"

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 22 oktyabr — Sputnik. "Avtovağzalda 3 azyaşlı ilə çarəsiz qalan bir ata övladlarının sığınacağa yerləşdirilməsi üçün müraciət edib. Bununla bağlı bizə məlumat verilib. Həmin şəxsə bu haqda polisə də məlumat vermələrinin vacib olduğunu bildirdim. Polisə məlumat verilməlidir ki, onlar uşaqları sığınacağa gətirsinlər. İlkin məlumata görə, azyaşlıların anası ruhi xəstədir". Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında "Azərbaycan Uşaqlar Birliyinin" sədri Kəmalə Ağazadə deyib.

"Adətən müəyyən qədər problemi olan qadınlar ardıcıl övlad dünyaya gətirdikdə bu cür ruhi problemlər müşahidə edilir. Belə qadınlara qısa müddətdən sonra ikinci övlad dünyaya gətirmək qəti qadağandır. Onlar müəyyən müalicələr almalıdırlar. Lakin biz bu qadınla bağlı ətraflı məlumata sahib deyilik. Bilmirik, bəlkə də qadın anadangəlmə belədir. Adətən birinin özünə qapanmasını, yaxud da çılğın olmasının səbəbini kimsə araşdırmır. Ya ərköyün deyirlər, ya da deyirlər ki, düzgün tərbiyə verilməyib", - deyə K.Ağzadə əlavə edib.

Onun sözlərinə görə, ana artıq xəstəxanaya yerləşdirilib: "Yəqin ki, polis tərəfindən sənədləşmə işləri aparılacaq və bundan sonra onlar sığınacağa yerləşdiriləcək".

Azyaşlıların ən kiçiyinin 1,5, digərlərinin isə 3 və 5 yaşı var. 

Xəbər lenti
0