11:46 15 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8744
Əsgərlər, arxiv şəkli

DSX: İran və Rusiya istiqamətindən sərhəd pozucuları yaxalandı

© Facebook / Vugar İbadov
HADİSƏ
Qısa URL
17 0 0

“Astara” dövlət sərhədindən buraxılış məntəqəsində isə İran vətəndaşlarının üzərinə sərhəd və gömrük baxışı keçirilərkən, daxili orqanlarından 630 qram narkotik vasitə aşkar olunaraq götürülüb

BAKI, 19 oktyabr — Sputnik. Oktyabrın 16-da Füzuli rayonunun Bala-Bəhmənli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində, İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmuş Cəbrayıl rayon sakini 1990-cı il təvəllüdlü Quluzadə Müşfiq Mehman oğlu saxlanılıb.

Dövlət Sərhəd Xidmətindən (DSX) Sputnik Azərbaycan-a verilən məlumata görə, ilkin araşdırma zamanı sərhəd pozucusunun 2017-ci ildə rəsmi qaydada ölkə ərazisini tərk edərək İrana getməsı, barəsində cinayət işinin aparılması və 2017-ci ildən etibarən Azərbaycan  hüquq-mühafizə orqanları tərəfindən axtarışda olması müəyyənləşdirilib.

DSX-nın əməliyyatı zamanı saxlanılan şəxs
© State Border Service of Azerbaijan Republic.
DSX-nın əməliyyatı zamanı saxlanılan şəxs

17 oktyabr 2019-cu il tarixdə “Astara” dövlət sərhədindən buraxılış məntəqəsində İrandan Azərbaycana gələn İran vətəndaşları 1985-ci il təvəllüdlü Bahonar Bastak Abad Salah Salehin və 1992-ci il təvəllüdlü Yousefkikani Şirzad Aminin üzərinə sərhəd və gömrük baxışı keçirilərkən, daxili orqanlarından 630 qram narkotik vasitə aşkar olunaraq götürülüb. Narkotik vasitələrin qanunsuz dövriyyəsinin digər iştirakçılarının müəyyənləşdirilməsi və cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində Dövlət Sərhəd Xidmətinin və Daxili İşlər Nazirliyinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İran vətəndaşlarını qarşılayan AR vətəndaşı Astara rayonunun Ərçivan kənd sakini 1969-cu il təvəllüdlü Cavadov Qadir Adil oğlu şübhəli şəxs qismində saxlanılıb.

DSX-nın əməliyyatı zamanı saxlanılan iki İran və bir Azərbaycan vətəndaşı
© State Border Service of Azerbaijan Republic.
DSX-nın əməliyyatı zamanı saxlanılan iki İran və bir Azərbaycan vətəndaşı

18 oktyabr 2019-cu il tarixdə Xaçmaz  rayonu Yalama kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Rusiya Federasiyasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmuş Bakı şəhər sakini 1993-cü il təvəllüdlü Bayramov Kamran Vidadi oğlu saxlanılıb. Araşdırma zamanı sərhəd pozucusunun barəsində cinayət işinin aparılması və 2012-ci ildən etibarən Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları tərəfindən axtarışda olması müəyyənləşdirilib.

DSX-nın əməliyyatı zamanı saxlanılan şəxs
© State Border Service of Azerbaijan Republic.
DSX-nın əməliyyatı zamanı saxlanılan şəxs

Hər 3 cinayət faktı ilə bağlı aidiyyəti üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Əsas mövzular