CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Göyçay sakinlərindən silah götürülüb

© pixabay / jasongillmanМужчина с охотничьим ружьем в руках. Архивное фото
Мужчина с охотничьим ружьем в руках. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Polislərin yaxaladıqları cinayətkarlar barəsində İnzibati Xətalar Məcəlləsinin 272-ci maddəsi ilə inzibati protokol tərtib edilib

BAKI, 14 oktyabr — Sputnik. Göyçay sakinlərindən silah-sursat götürülüb.

Sputnik Azərbaycan Daxili İşlər Naziriyinin məlumatına istinadla xəbər verir ki, Göyçay RPŞ-nin əməkdaşları tərəfindən qanunsuz ovla məşğul olan Şəhadət kənd sakini R.Hacıyevdən müvafiq sənədləri olan "İJ-54" markalı tüfəng, 13 ədəd patron, 5 ədəd giliz, Göyçay şəhər sakini İ.Məlikovdan isə müvafiq sənədləri olan "Sent-Tite" markalı tüfəng, 10 ədəd patron, 1 ədəd giliz və 2 ədəd quş götürülüb.

Bildirilib ki, R.Hacıyev və İ.Məlikov barəsində İnzibati Xətalar Məcəlləsinin 272-ci maddəsi ilə inzibati protokol tərtib edilib.

Xəbər lenti
0