01:51 20 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
HADİSƏ
Qısa URL
121 0 0

"Canavarları öldürmək üçün pusquda dayanmaq lazımdır. Onlar da çox hiyləgər olurlar - haraya, necə gedəcəklərini heç cür bilmək olmur"

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 24 sentyabr — Sputnik. Sentyabrın 23-dən 24-nə keçən gecə Bərdə rayonunun Məmmədli kəndində canavarların fərdi təsərrüfata hücum faktı qeydə alınıb. Sputnik Azərbaycan-ın bölgə müxbirinin əldə etdiyi xəbərə görə, kənd sakini Allahverdiyev Ziyad səhər tezdən qoyun damına girərkən dəhşətli mənzərənin şahidi olub.

Hadisə ilə bağlı kənd sakini Pərviz Əliyev bildirib ki, son vaxtlar canavarların kəndlilərin təsərrüfatlarına hücumları intensiv hal almağa başlayıb: "Gecə canavarların hücumundan heç kimin xəbəri olmayıb. Qoyunların ağılına girib, parçalayıblar, bütünlükdə 17 heyvanı məhv ediblər. On gün bundan əvvəl Aydın Əkbərov və Məhəmmədəli Nəbiyevin də  qoyunları canavarların hücumuna məruz qalıb. Hər iki təsərrüfatda itkilər olub”.

Pərviz Əliyev canavarlarla mübarizə aparmağın elə də asan olmadığını deyib. Qeyd edib ki, canavarları öldürmək üçün pusquda dayanmaq lazımdır. Onlar da çox hiyləgər olurlar - haraya, necə gedəcəklərini heç cür bilmək olmur.

Onu da qeyd edək ki, baytar həkimin yardımı ilə təsərrüfatda sağ qalmış heyvanlara vaksin köçürülüb və müalicəyə başlanıb. Baytar həkim İbiş Kərimovun dediyinə görə, canavarlar təsərrüfatda 30-a qədər qoyunu yaralayıb.

Əlaqədar

Bu gün yırtıcı heyvanlar şimal zonasının sakinlərinə qənim kəsiliblər
İsmayıllıda qəfil gələn "qonaq" ev sahibini şil-küt edib
Çaqqal Qax sakininə hücum edib
Kənd sakinləri həyəcan təbili çalır: yırtıcılar kəndə hücum edib
"Qonşunuz Məmməd, Əhməd deyil, ayı, canavar, tülküdür, ehtiyatlı olun"
Teqlər:
hücum, qoyun, canavar

Əsas mövzular