23:59 17 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8829
Çay, arxiv şəkli

FHN-in Qubada yanğını söndürməyə gedən maşını çayda batıb

© Sputnik / Shahperi Abbasova
HADİSƏ
Qısa URL
43 0 0

Nəticədə yaşayış evinin 1 otağı və içərisində olan mebel, yataq dəstləri yanıb. Yanan ev kənd sakinləri tərəfindən söndürülüb

BAKI, 15 sentyabr - Sputnik. Quba rayonunun Qorxmazoba kəndində yaşayış evində yanğın baş verib.

"Report"un məlumatına görə, ev sahibi Həbib Məmmədovhadisə ilə bağlı FHN-in Quba Yanğından Mühafizə Xidmətinin "qaynar xətti"nə zəng edib.

Lakin yanğını söndürməyə gələn yanğınsöndürən avtomobil Vəlvələ çayında batıb. Yanan ev kənd sakinləri tərəfindən söndürülüb.

Nəticədə yaşayış evinin 1 otağı və içərisində olan mebel, yataq dəstləri yanıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, rayon mərkəzinə ən yaxın yol Vəlvələ çayının içindən keçir.

Əsas mövzular