05:26 26 May 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
40 0 0

Polisdən bildirilib ki, ana və övladlarının həyatı üçün heç bir təhlükə yoxdur

BAKI, 28 avqust — Sputnik. Qazaxda itkin düşən ana və övladları tapılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, rayon sakini, 1991-ci il təvəllüdlü Nərgiz Qasımova övladları - 2011-ci il təvəllüdlü Günel Qasımova və 2013-cü il təvəllüdlü Elgün Qasımovla Bakı şəhərində polis əməkdaşları tərəfindən tapılıb. Bu barədə onun yaxınlarına məlumat verilib. Qadın izahatında bildirib ki, öz istəyi ilə Bakı şəhərinə gedib. Polisdən bildirilib ki, ana və övladlarının həyatı üçün heç bir təhlükə yoxdur. Qeyd edək ki, N.Qasımova və övladları avqustun 4-də Qazax rayon Ağköynək kəndindəki evindən çıxaraq bir daha geri qayıtmayıblar.

Teqlər:
Qazax, Bakı, uşaqlar, ana, itkin

Əsas mövzular