13:43 17 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8722
Quba və Şabran rayonlarının ərazisində meşə yanğınlarının söndürülməsi, arxiv şəkli

Şimal regionunda fövqəladə vəziyyət: Meşə yanğınları başlaya bilər

© Photo: FHN
HADİSƏ
Qısa URL
118 0 0

Quba və Şabran Dövlət Yanğından Mühafizə Hissələrinin yanğınsöndürənləri və xeyli canlı işçi qüvvəsi yanğın yerinə cəlb olunub

Leyla Abdullayeva, Sputnik Azərbaycan.

BAKI, 19 avqust — Sputnik. Şimal regionunda yanğın baş verib.

Yanğın Quba və Şabran rayonlarında baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, yanğın Qubanın Gədikqışlaq və Zərqəva kəndlərinin ərazisində yerləşən meşə massivi yaxınlığındakı ərazidə başlayıb və hal-hazırda 20 hektara yaxın kol-kos sahəsi yanıb.

Quba Rayonu İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevlə yanaşı, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, Fövqəladə Hallar Nazirliyinin şimal regional mərkəzinin rəsmiləri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ərazi idarəsinin və meşə bərpası müəssisələrinin əməkdaşları yanğın yerindədirlər.

Quba və Şabran Dövlət Yanğından Mühafizə Hissələrindən 5 yanğınsöndürən avtomobil və xeyli canlı işçi qüvvəsi yanğın yerinə cəlb olunub.

Yanğının meşəyə keçmə ehtimalı var.

Əsas mövzular