03:20 31 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
240 0 0

Xəstəxana binasının damında, təxminən, 25-30 kv/m ərazidə başlayan yanğın qısa zamanda söndürülüb, alovların otaqlara keçməsinin qarşısı alınıb

BAKI, 16 avqust - Sputnik. Yeni Suraxanı qəsəbəsində yerləşən 12 saylı Birləşmiş Şəhər Xəstəxana binasının damında başlayan yanğın bir neçə palataya da keçib.

APA-nın xəbərinə görə, əraziyə FHN-in Suraxanı rayonu üzrə Yanğından Mühafizə Xidmətinin bir neçə texnikası və canlı qüvvəsi cəlb edilib.

Xəstəxananın tibbi personalı və xəstələr yanğın ehtimalı olan palatalardan təxliyyə edilib. Xəstəxana binasının damında, təxminən, 25-30 kv/m ərazidə başlayan yanğın qısa zamanda söndürülüb, alovların otaqlara keçməsinin qarşısı alınıb.

İlkin ehtimala görə, yanğın elektrik naqillərində yaranan qısaqapanma nəticəsində baş verib.

Faktla bağlı araşdırma aparılır.

Əsas mövzular