CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qaxda yol polisi jurnalistlərə qarşı fırıldağın qarşısını aldı - FOTO

© Sputnik / Nigar Iskanderova99 CG-064 nömrə nişanlı mikroavtobus
99 CG-064 nömrə nişanlı mikroavtobus - Sputnik Azərbaycan
Abunə olmaq
8 nəfərlik avtobusa 9 sərnişini sığışdırmağa çalışan sürücünün nəqliyyat vasitəsinin təkərləri də yararsız çıxıb

BAKI, 13 avqust — Sputnik. Bu gün Qax şəhərində şəxsi "Ford Transit" avtomobili ilə Bakıya gündəlik sərnişindaşıma ilə məşğul olan mikroavtobusun sahibinin qeyri-qanuni hərəkətinə Qax şəhər Polis Şöbəsi tərəfindən son qoyulub.

© Sputnik / Nigar Iskanderova99 CG-064 nömrə nişanlı mikroavtobus
Qaxda yol polisi jurnalistlərə qarşı fırıldağın qarşısını aldı - FOTO - Sputnik Azərbaycan
99 CG-064 nömrə nişanlı mikroavtobus

Sputnik Azərbaycan-ın xəbərinə görə, sürücü 8 nəfərlik avtobusa 9 sərnişini sığışdırıb, iki nəfərlik yerin sahibinə 1 yer təklif edərək ondan ümumilikdə iki nəfərin ödənişini almaq istəyib. 

Avtobus yola düşməzdən əvvəl Sputnik Azərbaycan-ın əməkdaşı və digər jurnalistlər də haqlarını tələb etsələr də, sürücü buna məhəl qoymayıb. Polis rəisi Ayaz Məmmədov sərnişinlər arasında narazılığı görərək hadisə yerinə yaxınlaşıb.

© Sputnik / Nigar IskanderovaQax şəhər Polis Şöbəsinin əməkdaşı
Qaxda yol polisi jurnalistlərə qarşı fırıldağın qarşısını aldı - FOTO - Sputnik Azərbaycan
Qax şəhər Polis Şöbəsinin əməkdaşı

Qısa müddətdə Qax şəhər Polis Şöbəsinin əməkdaşları işi yerində araşdırıblar. Məlum olub ki, oturacaq yerləri ilə bağlı spekulyasiyadan əlavə, mikroavtobusun təkərləri də sərnişinlərin daşınması üçün böyük təhlükə və riskdir. Qax-Bakı istiqamətində hərəkəti nəzərdə tutulan 99 CG-064 nömrə nişanlı mikroavtobus Qax Rayon Yol Polisinin rəisi Ayaz Məmmədovun rəhbərliyi ilə yol polisi əməkdaşları tərəfindən cərimə meydançasına aparılıb. Mikroavtobusun sahibi isə bölməyə aparılaraq dindirilib və ifadəsi alınıb.

A.Məmmədov bildirib ki, mikroavtobusun sahibi Rəsulov Xəyal Hacı oğlu barəsində qanuna müvafiq tədbir görüləcək. Sonda isə jurnalistlər və digər sərnişinlərin mənzil başına təhlükəsiz daşınması üçün onlara ayrı mikroavtobus təşkil olunub.

Xəbər lenti
0