01:52 26 Fevral 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
1790 0 0

Qəzada ölənlər Qaxdan hərbi xidmətdə olan övladlarının sabah keçiriləcək andiçmə mərasiminə gedirlərmiş

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 11 avqust - Sputnik. Ötən gecə Şəki-Qax avtomobil yolunun 30-cu kilometrliyində qeydə alınan qəzada ölən və yaralananların adları məlum olub.

Baş verən ağır qəzada Akif Ağayev, onun həyat yoldaşı Leyla Ağayeva və bacısı oğlu Tural Nəzərov həlak olublar.

Qax rayon sakinləri Asya Ağayeva, Sevda Mirzəyeva və Zaqatala sakini Kərimzadə Çağrı Tərlan oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar. Qax RMX-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, yaralıların vəziyyəti orta-ağır qiymətləndirilir.

Qeyd edək ki, dəhşətli qəzada ölənlər Qaxdan hərbi xidmətdə olan övladlarının sabah keçiriləcək andiçmə mərasiminə gedirlərmiş.

Əlaqədar

Qaxda ağır qəza nəticəsində üç nəfər həlak oldu - VİDEO
Teqlər:
Qax, yaralılar, ölüm, qəza

Əsas mövzular