00:38 08 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
28 0 0

Güclü külək yanğına səbəb oldu

BAKI, 5 avqust — Sputnik. Güclü külək Tovuzda fəsadlar törədib.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, hadisə rayonun Qovlar şəhəri, Mamed Mamedov küçəsində qeydə alınıb.

Güclü külək nəticəsində 370 ailənin istifadəsində olan 100 kilovattlıq transformator alısıb. Hadisə yerinə FHN-in Tovuz rayon Yanğından Mühafisə hissəsinin 2 yanğın söndürən briqadası cəlb olunub. Baş vermiş qəza nəticəsində 350-dən artıq ailə işıqsız qalıb.

Hadisə yerinə müvafiq struktur nümayəndələri gəliblər. Faktla bağlı araşdırma aparılır.

Teqlər:
Tovuz, transformator, işıq, yanğın

Əsas mövzular