Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

"Maybach" saxlanıldı, sürücü sərxoş çıxdı

© Sputnik / Irade JELILMaybach markasının sonuncu modeli Bakı küçələrində
Maybach markasının sonuncu modeli Bakı küçələrində - Sputnik Azərbaycan
Abunə olmaq
Sərxoş avtomobil sahibi onu buraxmalarını xahiş edib

BAKI, 19 iyul — Sputnik. Bakı şəhər Baş polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi paytaxt ərazisində profilaktik tədbirləri davam etdirir.

Автомобили, припаркованные на одной из улиц Баку, фото из архива - Sputnik Azərbaycan
Bakıda reyd başlanır: şikayət olunanı videoya çəkib aparacaqlar

Sputnik Azərbaycan xəbər verir ki, gecə saatlarında davam edən reyd zamanı Nərimanov rayonu ərazisində 99 HJ 999 dövlət nömrə nişanlı, "Maybach" markalı avtomobil saxlanılıb.

Avtomobilin sürücüsü Ramil Abdullayev təhlükəsizlik kəmərindən istifadə etmədiyi, yol nişanının tələbini pozduğu üçün yol polisi tərəfindən saxlanılıb.

Söhbət zamanı inspektor sürücüdən kəskin spirt iyi gəldiyini hiss edərək tibbi müayinəyə dəvət edib. Müayinə zamanı sürücünün sərxoş vəziyyətdə olduğu aşkarlanıb. Sürücü YPX əməkdaşlarına Rusiyada ticarətlə məşğul olduğunu və Azərbaycana qonaq gəldiyini deyərək onu sərbəst buraxmalarını xahiş edib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0